isaznow.com
Az Iw En Ru

Hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı intihar edib

Xətai rayonunda intihar hadisəsi baş verib.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, M. Mustafayev hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olub, polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


02:24 04.11.2014