

Goranboyda həyat yoldaşı da daxil olmaqla 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun ailəsində daha bir dəhşətli hadisə baş verib.
Goranboyun Səfikürd kənd sakini Rafiq Hüseynovun qardaşı özünü asıb. Atası Müzəffər Hüseynov isə oğlunun intihar xəbərindən sonra ürəktutmadan vəfat edib.
Qeyd edək ki, bu il oktyabrın birində Rafiq Hüseynov həyat yoldaşı da daxil olmaqla 7 nəfəri qətlə yetirmişdi. Bu olay bütün ölkədə rezonans doğurmuşdu.
***
Anspress-in məlumatına görə, qətli törədən Rafiq Hüseynovun 1984-cü il təvəllüdlü qardaşı özünə qəsd edib.
R.Hüseynovun 1941-ci il təvəllüdlü atası isə oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb.