Bakıda kürəkən keçmiş qayınatasını öldürüb.
Kanal24.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, noyabrın 3-də Bakı şəhər sakini Xəqani Mirzəli Suraxanı qəsəbəsində yaşayan Asəf Nəbiyevin (keçmiş qayınatası) evində olarkən aralarında baş vermiş münaqişə zəminində itələyərək onu yıxıb və hadisə yerini tərk edib.
A.Nəbiyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
00:00 04.11.2014