isaznow.com
Az Iw En Ru

Qubada yol bağlandı

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib.
 
Kanal24.az-ın bölgə müxbiri xəbər verir ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.
 
Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ)  verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.
 
Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

18:34 03.11.2014