Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Sumqayıtda vətəndaşları qəbul edəcəyi vaxt müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin noyabr ayının 29-da Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
23:12 03.11.2014