isaznow.com
Az Iw En Ru

Türkiyədə gəmi batıb

Qanunsuz miqrantların olduğu gəmi bu gün səhər saatlarına İstanbul sahillərində qəzaya uğrayıb, ən azı 24 nəfər ölüb, təqribən 10-u isə itkin düşüb.

RİA Novosti-nin verdiyi məlumata görə, gəminin göyərtəsində ümumilikdə 30-40 nəfər olub.

Onların əksəriyyəti qanunsuz olaraq Rumıniyaya getmək istəyən Əfqanıstan vətəndaşlarıdır.

Məlumata görə, ölənlərin çoxu uşaqlardır. Onların yaşı dəqiqləşdirilir. İndiyə kimi 5 nəfəri xilas etmək mümkün olub. Xilasetmə işlərinə dalğıclar və xüsusi vertolyotlar cəlb olunub. Yerli balıqçılar da fəal yardım göstərirlər.


22:49 03.11.2014