

Qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar noyabrın 3-də saat 13-dən 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15-dən 16-dək Şirvan şəhərinin, saat 14-dən 18-dək Xəzər, saat 16-dan 18-dək isə Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.