isaznow.com
Az Iw En Ru

Sabirabad rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda
sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı
sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət hər yerdə olduğu kimi,
Sabirabad rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-
quruculuq, abadlıq işləri geniş vüsət almış və rayonun siması xeyli dəyişmişdir.
Belə ki, Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər
planına uyğun olaraq Sabirabad şəhəri ərazisində kompleks abadlıq-quruculuq
işləri həyata keçirilir. Hazırda Sabirabad şəhərinin Heydər Əliyev prospektində
və bir sıra küçələrində yol infrastrukturunun yenidən qurulması işləri aparılır,
təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri
mərhələli şəkildə davam etdirilir. Rayon əhalisinin təklif və istəkləri nəzərə
alınaraq yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər
abadlaşdırılır və yenidən qurulur.
Aparılan abadlıq işləri çərçivəsində günün qaranlıq saatlarında küçələri
işıqlandırmaqla vətəndaşların təhlükəsiz hərəkətinin təşkili üçün Sabirabad
şəhərində küçələrin işıqlandırılması işləri də davam etdirilir. Qurulan müasir tipli
gecə işıqlandırması sistemi görünüşü və qənaətcilliyi ilə seçilir.
Sabirabad rayonunda təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların
bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və
rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən tədbirlər bundan
sonra da davam etdiriləcəkdir.


17:39 14.02.2024