isaznow.com
Az Iw En Ru

Azərbaycan – Norveç oyununun biletlər satışa çıxarılıb

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununun biletləri satışa çıxarılıb.

AFFA-dan KANAL24-ə bildiriblər ki, biletləri “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 (metronun “Sahil” stansiyasının yaxınlığı) ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür.
Biletlərin qiyməti 2, 4 və 20 manatdır.


19:40 03.11.2014