isaznow.com
Az Iw En Ru

Azərbaycan regionda dayanıqlı sülh arzulayır

Dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul
edərkən bir daha 30 illik işğal dövrünün reallıqları fonunda hazırkı mərhələnin çağırışlarını diqqətə
çatdırdı. Qeyd edldi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa heç bir
nəticə əldə edilmədi.
Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq Azərbaycanın keçdiyi inkişaf
yolundan bəhs edərkən ilk olaraq göz önünə qalibiyyətimiz, işğaldan azad edilmiş ərazilərimizdə
dalğalanan üçrəngli Bayrağımız, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı gəlir. Səbirlsizliklə
gözlədiyimiz bu anların 30 il uzanmasına səbəb olan amillər də diqqətdən kənarda qalmır. Bu, dünya
güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi kimi qeyd olunur.
Dövlət başçısı İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin
Çunqonqu qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. «Minsk qrupu 28 il ərzində
münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları
işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi» söyləyən dövlət başçısı
İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan tərəfi torpaqları işğal altında olan zaman haqlı olaraq
Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək
barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım
atılmadı. Dövlət başçısı onu da vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan
sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin
imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona
görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar
prosesinin təşəbbüskarı Azərbaycan olub.
Reallıq budur ki, İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan
Ermənistan təxribatlara əl atır, mülki şəxsləri atəşə tutur, dağıntılar yaradırdı. Sentyabrın 27-dən
bugünədək təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, əksinə dünya birliyi Ermənistanın yürütdüyü
faşizm ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə,
bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır.
Ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki
müsahibələrində Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə
sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik
olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə
neytral olmalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan
Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli
Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı
təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək
ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş
ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli
ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün
şərtlərin qəbuluna nail oldu.
Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı
birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar.
Azərbaycan tərəfinin şərtləri bundan ibarət idi ki, Ermənistan ordusunun ərazimizdə qanunsuz
məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə
çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə
Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyimizi bəyan etdik.
Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqa
bir daha birgünlük antiterror tədbirlərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərək bildirdi ki,
44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanı üzərinə
götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədi, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində
separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdi.

Prezident İlham Əliyev Parlamettlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən
Azərbaycanın Ermənitsana sülh təklifindən, qarşı tərəfdən hələ də konkret addımlar atmaq barədə
düşünməməsindən danışdı. «44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda
sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış
edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi» bildirən dövlət başçısı İlham
Əliyev onu da əlavə etdi ki, ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da
sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Azərbaycan ilə Ermənistan
arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür.
Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması,
hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane
olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə
Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən
təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki
tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq
hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa
çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş
etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi
Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata
keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı
mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz
sözügedən siyasətin təzahürüdür.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi


08:11 06.02.2024