isaznow.com
Az Iw En Ru

Təzyiq və təhdidlər Azərbaycanı mövqeyindən döndərə bilməz

Azərbaycan Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində öz ərazi
bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdikdən sonra dünya birliyindəki reytinqi daha
da yüksəldi. Cəmi 32 illlik müstəqillik tarixi olan ölkəmizin bütün sahələr üzrə sürətli inkişafını və
dünya birliyinə sürətli inteqrasiyasını həzm edə bilməyən bəzi dövlətlər və təşkilatlar tərəfindən təzyiq
və təhdidlərə məruz qalması beynəlxalq aləmdə baş alıb gedən ikili standartların, islamofobiyanın,
azərbaycanofobiyanın və türkofobiyanın nəticəsidir. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindəki
tarixi Qələbəmizdən sonra ABŞ və Avropanın qanunverici orqanlarında, institutlarında, müəyyən
ekspert dairələrində, həmçinin media qurumlarında Azərbaycanın “cəzalandırılması” ilə bağlı
müzakirələrə, təhdid və təzyiqlərə start verildi
Son illər anti-Azərbaycan qüvvələr, Qərbin və Avropanın ermənipərəst diplomatları, həmçinin
bəzi qərəzli beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı ədalətsizliyin, təzyiq və təhdidləri artıb.
Bunun əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz qüvvəsi ilə bərpa etməsi,
Qarabağda genişmiqyaslı yenidənqurma, abadlıq-tikinti işlərinə start verilməsi, keçmiş məcburi
köçkünlərin doğma yurdlarına təhlükəsiz qaytarılması və bütün sahələr üzrə sürətli inkişafının qəbul
edilməməsidir. Burada ABŞ kimi qüdrətli dövlətin də ölkəmizə qarşı qərəzli mövqeyi təəssüf doğurur.
Qeyd edilməlidir ki, Fransanın ölkəmizə qarşı ədalətsiz mövqeyi davam etməkdədir. Avropa
İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-
prezidenti Cozep Borrel “qərəz estafeti”ni davam etdirmiş, Azərbaycana qarşı qeyri-obyektiv mövqe
sərgiləyərək bildirmişdir ki, “Ermənistanın ərazi bütövlüyünün pozulması yolverilməzdir və bu,
Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”. Bundan əvvəl isə Aİ-nın rəsmisi
bəyanatla çıxış edərək, Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri zamanı erməni
separatçılarına açıq dəstək göstərmiş, “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı hərbi
əməliyyatını” pislədiyini bildirmişdi.
AŞPA-nın da ölkəmizə qarşı ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirməklə siyasi
riyakarlıq nümayiş etdirib. 19 il ərzində işğalçı ölkəni adı ilə çağırmaqda özündə cürət tapmayan AŞPA
işğala məruz qalmış ölkəni – Azərbaycanı ittiham edərək oyuncaq qurum olduğunu təsdiqlədi və özünü
gülünc vəziyyətinə qoydu. AŞPA qış sessiyasının açılışında ölkəmizin nümayəndə heyətinin mandatını
təsdiq etməməklə antidemokratikliyini, saxtakarlığını və riyakarlığıni ört-basdır edə bilmədi. Bu
təşkilat kimlərinsə əlində oyuncağa çevrildiyini, istənilən ölkə barəsində qərəzli qərarlar qəbul etmək
sifarişini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi.
ABŞ Senatında və Konqresində, həmçinin Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən
dinləmələrdə irəli sürülən ağır ittihamların ardınca, Avropa Şurasında da eyni tezislərlə Ermənistanın
açıq şəkildə müdafiəsi və Azərbaycan parlament nümayəndə heyətinin etimadnaməsinin
təsdiqlənməməsi, hər şeydən əvvəl bir gerçəyi ortaya qoyur ki, rəsmi Vaşinqtonla Avropa İttifaqının iki
qurucu üzvü – Fransa və Almaniya arasında koordinasiya olunmuş şəkildə həyata keçirilən vahid
Cənubi Qafqaz strategiyası mövcuddur. Bu strategiyada isə Azərbaycan dost hesab edilmir. Bütün
bunlara baxmayaraq, hər hansı təhdid və təzyiq vasitələri Azərbaycanı tutduğu yoldan döndərə bilməz.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri


15:10 05.02.2024