isaznow.com
Az Iw En Ru

Biz gənclərimizlə fəxr edirik

Ulu öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandıraraq müxtəlif
illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayaraq bu işləri daim
diqqət mərkəzində saxlayıb. 1993-cu ildə Azərbaycanda yaranan çox mürəkkəb siyasi vəziyyətlə bağlı
ölkə ictimaiyəti nümayəndələrinin təkidli tələbi və xahişləri ilə iyunun 15-də Bakı şəhərinə gələn Ulu
öndər yaranmış böhran vəziyyətindən çıxmaq üçün böyük əmək sərf etdi. Belə çətin və ağır günlərdə
də o gənclərin yanında oldu, Prezident seçkisi ərəfəsində Ali Sovetdə ölkə gənclərinin nümayəndələri
ilə görüşdü.
Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Ayrı-ayrı dövlət orqanlarının
gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Yaradılan yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edən
qurum oldu və artıq 28 ildir ki, bu missiyanı uğurla həyata keçirir.
1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan
Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Qısa müddət ərzində
“Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı
Fərman və sərəncamlar, Dövlət Proqramları imzalanıb. 2007-ci il “Gənclər ili” elan edilib,
respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması prossesi başlanıb. Prezident İlham
Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb.  Dir sözlə gənclər dövlətin hərtərəfli diqqət
və qayğısı ilə əhatə edilib.
Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir.
Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi
olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Qırx dörd günlük
müharibə bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və
zabitlərinin  mütləq əksəriyyəti gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar
indi tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular. Əlbəttə, qələbələr qurbansız
olmur. Canlarını, öz nakam ömürlərini qurban vermiş şəhid gənclərimizin ruhları qarşısında baş
əyirəm. Onların əziz xatirələri qədirbilən xalqımızın qan yaddaşında əbədi həkk olunacaqdır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə
malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların
vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin
uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bir sözlə, Prezident İlham Əliyevin
hakimiyyətdə olduğu illərdə vətənpərvər, gənc nəsil yetişibdir. Biz qəhrəman gəncliyimizlə fəxr edirik.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


09:51 02.02.2024