isaznow.com
Az Iw En Ru

Gənclər cəmiyyətimizin fəal hissəsidir

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə gənclərin qətiyyəti, Vətənə
sədaqəti, mübarizliyi, əqidə əsgəri olması mübarizənin təşkilatlanmasında mühüm əhəmiyyətə malik oldu.
İmperiya Bakıya qoşun yeridəndə də gənclər buna qarşı çıxanların öncüllərindən oldu.
Böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
Azərbaycan gəncliyinin yoluna günəş doğdu, gənclər siyasəti dövlətin başlıca vəzifələrindən biri oldu. Ən böyük
azərbaycanlı olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı
Fərmana əsasən həmin gün Gənclər Günü elan edildi.
Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini
müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizdə islahatlara start verildi. Ulu Öndərin çox
düzgün  qərarı  ölkəmizdə gənclər üçün  yeni imkanlar açdı, yeni şərait yaratdı.
Ulu Öndər bu siyasəti  müstəqil Azərbaycan dövlətinin  fəaliyyətinin  ən mühüm istiqamətlərindən  biri
kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil  Azərbaycan gənclərinin ilk
ümumrespublika forumunun  keçirilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu  Ümummilli
liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
Azərbaycan gəncliyi göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də
dərk edir, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin
uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz
töhfəsini verməyə çalışır.
Dövlət başçımızın  sərəncamları əsasında təsdiq edilmiş  “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil üzrə Dövlət proqramı”na uyğun olaraq  gənclərimizin xarici ölkələrdə təhsil almaları üçün 
geniş imkanlar yaradıldı. 2007-ci ildə ölkədə gənclər ili elan olundu. Cənab Prezident İlham Əliyevin  Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən  qoyulmuş
gənclər siyasətinin elmi-nəzəri əsaslarla bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani
sübutudur… “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nın, “Azərbaycan gəncliyi 2017-
2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsinə dair  sərəcamların imzalanması gənclərlə bağlı
məsələlərin həllini aktuallaşdırdı.
Bu gün ölkəmizdə gənclər siyasəti  yeni inkişaf  dövrünə qədəm qoyub. Ulu Öndərin  gənclər siyasətinə 
sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi
inkişafı, vətənpərvərlik tərbiyəsi,xarici ölkələrdə təhsili,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin  həlli,
gənclər təşkilatlarının  formalaşması və inkişafına  diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və
intellektual  nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Ölkə başçısının müdrik  tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq cəmiyyətimizin aparıcı qüvvəsi və
fəal təbəqəsi  olan muasir, bilikli, istedadlı,bacarıqlı və təşəbbüskar  gənc kadrlara  böyük imkanlar yaradılır.
Onlar məsul   vəzifələrə irəli çəkilir. Ölkə rəhbəri imzaladığı sərəncamlarla g’ncl’r  nazir, nazir müavini və icra
başçısı vəzifələrinə təyin edilirlər.Nəticədə. gənclərin  təşəbbüsləri, onların əməyi  bu gün ölkəmizin həyatında
hər yerdə görünməkdədir. Bir sözlə,  gənclərin  fəaliyyəti dövlətimizin  tərəqqisinə  öz layiqli töhfəsini verir.
Azərbaycan gəncliyi seçdiyi və sevdiyi Prezidentinin ətrafında sıx birləşib. Bu, İkinci Qarabağ
müharibəsində də öz təsdiqini tapdı. Azərbaycan Ordusunun şəxsi heyətinin böyük bir hissəsi gənclərdir. Bu
ordu Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazandı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyev bununla bağlı
demişdir ki, gənclər  cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq, gənclərimizlə fəxr edə bilərik. Bizim
gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşmuşlar. Bizim şəhidlərimizin  böyük əksəriyyəti bu gün
Azərbaycan  gəncləridir. Bizim gənclərimiz  hərbi qələbələrimizi şərtləndiriblər. Gənclər Zəfərdən sonra
işğaldan azad edilmş ərazilərdə quruculuq işlərində də dövlətə, dövlətçiliyə sədaqətlə çalışacaqlar…
Ağalar Ağammədov,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin məsləhətçisi


18:48 01.02.2024