"Körpü Tunel Tikinti" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
Kanal24 məıumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
Əldə etdiyimiz məlumata görə, "Körpü Tunel Tikinti" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Şirkətin borcu 10294283.27 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 7179107 AZN olan MMC-nin qanuni təmsilçisi hazırda MUGUM MIRZAEVIdir.
Xatırladaq ki, Ötən il şirkət əməkdaşı olmuş şəxs tərəfindən məhkəməyə verilmişdi. Həmin vaxt şirkətin qanuni təmsilçisi şirkətin qanuni təmsilcisi Javad Talıbov olub.
Ayxan