

Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə
növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm
nailiyyətlər əldə edildi. ən başçığası isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Əskəran və Xocavənddə
Azərbaycanın Dövlət Bayrağı ucaltdı.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya
kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən
işlərə, növbədənkənar Prezident seçkilərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə,
işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər
məsələlərə dair suallarını cavablandırıb.
Yerli televiziya kanallarına müsahibəsinin əvvəlində Prezident İlham Əliyev bu il fevralın 7-nə
təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Dövlət başçısı
bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu
bildirib. O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək
birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.
Ölkə başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili
tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən
prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.
Qeyd edilib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə
Azərbaycan xalqı düzgün seçim etmişdi. Cənab Prezidentin də bildirdiyi kimi müstəqil tariximizin ən
həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma
tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə
getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
Ötən ilin uğur və qələbələrindən danışam Prezident İlham Əliyev bildirib ki, “Xocalıda Bayrağı
qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə
qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu
dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”.
Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident vurğulayıb
ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.
Cənab Prezident bu fikri səsləndirib ki, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq
və ədaləti özümüz bərpa etmişik. Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim
bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq
mexanizmlərini işə salmağa çalışdılar”, – deyən dövlətimizin başçısı bildirib ki, biz bu ədaləti, eyni
zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim
Zəfərimizin əhəmiyyəti daha önəmlidir.
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-
nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, – deyən dövlətimizin başçısı
vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.
Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu
gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran
dövlətimizin başçısı qeyd edib: “Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin
suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”.
Ötən il keçirilən lokal Antiterror əməliyyatına toxunan ölkə başçısı bildirib ki, bu əməliyyat çox
uğurla, peşəkarlıqla keçirilib və hərbçilərimiz böyük qəhrəmanlıq göstəriblər. Dövlətimizin başçısı
qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq,
bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim
olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.
Son vaxtlardakı bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyev işğaldan azad edilən
torparlarda aparılan quruğuluq işlərinə də geniş yer verib. Qeyd edilib ki, Laçın, Füzuli şəhərləri, Ağalı,
Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin
qaytarılması davam ediləcək. Bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən
keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu il
Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng
layihələrdir”.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri imkan verir ki, bu il daha
böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq və onların bu il qaytarılacaqları
şəhərlər arasında beş şəhər – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaqdır. Həmçinin
keçmiş məcburi köçkünlərin Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə 2025-ci ildə qayıtması nəzərdə
tutulub.
Bu ərazilərdə həyata keçirilən işlər çərçivəsində yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su
Anbarı istismara veriləcək. Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq və bu da böyük ərazini
suvarma suyu ilə təmin etməyə imkan verəcəkdir. Həmçinin özəl sektor tərəfindən artıq Hadrut
qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə icra edilir.
Səbinə İsmayılova,
Sabirabad rayonu Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri