isaznow.com
Az Iw En Ru

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın 1993-cü
ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək
keçdiyi inkişaf yolundan, regionda və beynəlxalq münasibətlər sistemində artan rolundan, tarixi
Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından
geniş bəhs etdi. Gününüzün əsas hədəflərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda əlaqələrin coğrafiyasının daha da
genişləndirilməsi, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin bərpa edilməsidir.
Azərbaycanın nüfuzunun artmasında, yerinin və rolunun möhkəmlənməsində əsas amil xarici
siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və
maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə
müdaxiləni yolverilməz hesab edir. Cənab İlham Əliyev müsahibədə müəyyən xarici dairələrin
Azərbaycana qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini də açıqladı. Bütün hallarda
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir.
Azərbaycanın müasir tarixinin yeni dövrü başlayıb: “20 sentyabr tarixindən sonrakı dövrü əhatə
edən bu yeni mərhələ özündə yeni hədəfləri ehtiva edir. Ölkəmiz hər zaman irəliyə doğru addımlamağı
qarşısına əsas hədəf kimi qoyub. Bu gün ölkəmizin tarixi Zəfərimizin reallıqları əsasında dünyaya
təqdim etdiyi yeni inkişaf modeli beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir.
Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə
görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs
etdi: “Qürurvericidir ki,  bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar.
Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir
dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq
ki, bu, epoxal bir hadisədir.  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün
amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq
bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin  azad
edilməsi və suverenliyimizin  tam bərpa edilməsi  yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev
bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında
birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı,
siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


08:02 13.01.2024