isaznow.com
Az Iw En Ru

Bu da `Mahal` MTK KEYFİYYƏT(sizliy)İ - FOTOFAKT

Bakıda "Mahal" MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı uçub.

Qaynarinfo-nun məlumatına görə, hadisə MTK-ya məxsus Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə - Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.

Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.

Məsələ ilə bağlı  MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil: "Nazik fasaddır, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəmdir".

Bu da `Mahal` MTK KEYFİYYƏT(sizliy)İ
Bu da `Mahal` MTK KEYFİYYƏT(sizliy)İ
Bu da `Mahal` MTK KEYFİYYƏT(sizliy)İ


12:25 07.01.2024