isaznow.com
Az Iw En Ru

"Özünə hörmət qoyan "MADO"ya getməsin.." - ÇAĞIRIŞ

Bu barədə tanınmış jurnalist Ülviyyə Quliyeva məlumat verib. O, MADO'ya birdəfəlik əlvida dediyini açıqlayıb: "Dünən iş görüşməsi üçün Mado-ya getmişdim..Ora hər gedəndə ürəyim dondurma istəyir.. Menyuda bər-bəzəkli od qiymətinə olanı seçmədik..Dedim sadə qabda üç top dondurma gətirin. Bu da gətirdikləri, qaşıqlayıb qoyublar qaba. Biri 2 manat 80 qəpik. Yəni, bu qabın içindəki səkkiz manat 40 qəpikdir. Bununla da Mado-ya ömürlük ƏLVİDA!

P.S Mən küçədə baxdığım pişiklərin önünə heç belə görünüşdə yemək qoymuram..
MADO Azərbaycan bu top dondurmadırmı?


13:27 06.01.2024