isaznow.com
Az Iw En Ru

Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır

“Dövlətimizin başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə müraciəti artıq tarixə qovuşan 2023-cü ildə bütün sahələrdə qazanılan
uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Son üç ildə dövlətimizin
siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub.  2023-cü il bu
baxımda da xüsusi diqqətdə oldu. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndinin sakinlərinə
qovuşmasının ardınca 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram
sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi
sevincli günlərini yaşadı. Ötən il   Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış
ilin sonuna qədər mərhələ-mərhələ davam etdirildi. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə
keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” söyləyən Prezident İlham Əliyev bu müjdəni də çatdırdı
ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin
sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə
qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır
olacaq.
Göründüyü kimi, bu torpaqların sahibi olaraq bərpa-quruculuq işlərinin sürətini  artırmaqla
soydaşlarımızın tezliklə tam şəkildə qayıdışına səy göstərilir. 30 il ermənilər tərəfindən dağıdılan,
yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəlir, sakinlərinə qovuşduqları üçün sevinclidirlər.
Dövlətimizin başçısının hər bir müjdəsi xalqımızda böyük qürur hissi yaradır.”
2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu:
“Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı. Son üç
ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə
yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal
dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə
arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan
Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa
bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror
tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.
Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu
mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda,
Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük
hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin
xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


09:06 05.01.2024