isaznow.com
Az Iw En Ru

Azərbaycanın sabahları daha nurlu olacaq!

İl təzələnir, tarix təzələnir. Xalqın Vətənə sevgisi, Vətən sevgisi hər il daha böyük sədaqətə
yaşadılır...
1991-ci ildən etibarən hər il dekabr ayının 31-i həm Yeni il kimi, həm də dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti xalqı
bu günün ovqatı münasibəti ilə həmişə böyük ehtiramlarla təbrik edir.  
Ümummilli Lider Heydər Əliyev 1998-ci il dekabrın 24-də Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə müraciətində demişdi: “Hal-hazırda bütün dünya azərbaycanlılarının
milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun
müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və
sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı
əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya
azərbaycanlılarının övladlıq borcudur”. Bu kəlamlar azərbaycançılığın dünyəvi siyasətə təsiri kimi
anlaşılmalıdır... 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il yanvarın 1-də demişdi:
“Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki,
ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər
xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə
ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə
vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss
etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq,
üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.” Bu kəlamlar da eyni
mahiyyətin davamıdır...
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif dövlətlərində yaşayan
azərbaycanlıların ideoloji həmrəyliyini yaratdı. Ulu Öndər Heydər Əliyevin: “Hər bir insan üçün onun
milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” - sözləri azərbaycançılığın mahiyyətinin, onun yaşarılığının fəlsəfi qayəsidir. Bu
bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq,
onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik günü milliyyətcə
azərbaycanlı olmayan, ancaq Azərbaycanda doğulub böya-başa çatan diaspor nümayəndələri üçün də
əziz gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyev Azərbaycan üçün tarixi hadisə
olan İkinci Qarabağ müharibəsi haqqında dedi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan
soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə
layiqli töhfə olmuşdur”. Bu da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə, bu anlamda
Azərbaycan dövlətçiliyinə sədaqətin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 31-də Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2023-cü il sentyabrın 19-
da başlayan lokal xarakterli antiterror əməliyyatından, bu əməliyyatla Azərbaycanın ərazi
bütövlüyünün tam bərpa edilməsindən, Azərbaycanda separatizmin kökünün kəsilməsindən, həm
Birinci, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror əməliyyatında şəhid olmuş hərbi
qulluqçularımızın, mülki şəxslərin, Xocalı qurbanlarının qisasının döyüş meydanında alınmasından,
Qarabağ və Şərqi Zəngəzurun böyük tikinti meydançasına çevrilməsindən və s. danışdı. Xalq ölkə
başçısının çıxışını, Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini böyük səmimiyyətlə dinlədi,
bir daha əmin oldu ki, Azərbaycanın sabahları daha nurlu olacaq...
Rahib Fərzəliyev,
Sabirabad rayon, Quruzma kənd sakini, fəal gənc


08:05 05.01.2024