

Bakı Dövlət Universitetində soyuq havada üşüyən tələbələr istilik problemi ilə əlaqədar universitetin rektoru Elçin Babayevə müraciət ediblər.
Ttələbələr rektora müraciətlərini lövhəyə yazdıqları ərizə vasitəsilə çatdırmağa çalışıblar.
Ərizəni yazan BDU-nun Hüquq fakültəsəinin tələbəsi olub. O, rektordan istilik probleminin aradan qaldırılması üçün göstəriş verilməsini xahiş edib.
Daha sonra digər tələbələr sözügedən ərizənin fotosunu sosial şəbəkələrdə paylaşıblar.