

15 dekabr 2023-cü ildə xalqımızın və Yeni Azərbaycan Partiyasının(YAP) tarixində mühüm
hadisə baş verdi. YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında yekdilliklə cənab İlham Əliyev
yenidən Prezidentliyə namizəd irəli sürüldü. Çıxış edənlər bir-birinin ardınca son illərdə qətiyyətli
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə
həyata keçirdiyi nəhəng quruculuq işlərini, ən əsası isə 30 il düşmən əsarəti altında qalan doğma
torpaqlarımızın xilaskarı kimi misilsiz naliyyətlərini dilə gətirdilər. Qalib Prezident və Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin möhtəşəm qələbələrinin qürurla sadalayaraq, Azərbaycanın
bundan sonrakı taleyini də ona etibar etməyi özlərinə şərəf və borc saydılar.
Onu da deyək ki, hələ tədbir başlamamışdan əvvəl iştirakçılar arasında çox mühüm və qürurlu
bir fikir ağız-ağız, ürək-ürək dolanırdı: “Uzun illərdir ki, xalqımız arzu edib inadla təkid edirdi ki,
Qarabağ torpaqlarını kim azad edib Azərbaycana qaytaracaqsa, həmin Ali Baş Komandan ömürlük
Prezidentliyə layiq olacaqdır.”
Uzaqgörən, qədirbilən Azərbaycan xalqı cənab İlham Əliyevin halal və tarixi, əbədi qələbəsini
məhz bu ürək sözləri ilə belə ifadə edirdi. İclasın ümumi ruhundan doğan inam, etibar və cənab İlham
Əliyevə olan böyük sevgi sanki bütün zal boyu dalğa-dalğa yüksəlir, obrazlı şəkildə desək səmaya,
üfiqlərə, Günəşə tərəf yol alırdı. Sanki Heydər Əliyev Mərkəzinin geniş, möhtəşəm salonunda Ulu
Öndərin müqəddəs ruhu dolaşırdı. Həm gənc YAP-çıların, həm veteranların həm də millət vəkillərinin
qəlblərində, arzularında pardaqlanan sevgi və böyük məhəbbət üzlərdə-gözlərdə açıq-aydın
şölələnirdi. Hamı böyük inamın, sonsuz sevginin qanadlarında Qalib Prezident , Müzəffər Ali Baş
Komandan İlham Əliyevin, Azərbaycanın işıqlı gələcəyi və Vətənimizin inkişafı naminə hər kəsin
Prezidenti olan müdrik rəhbərin bundan sonra da tarixi qələbələrinin təcəssümü altında inamlı və
xoşbəxt duyğularla bir-birini təbrik edir, öz sevinclərini bölüşürdülər.
Mən də bu möhtəşəm ab-havanın, siyasi, yetkin coşğunluğun şahidi kimi özümü xoşbəxt
sayırdım.
Gülçin Abasova,
Sabirabad rayonu Cavad kənd uşaq bağçasının müdir əvəzi