isaznow.com
Az Iw En Ru

Qalib Ordunun Müzəffər Ali Baş Komandanı

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf
strategiyasının ən layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ildə
Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına cavab
verən daxili və xarici siyasət yürüdərək respublikamızın beynəlxalq arenada siyasi nüfuz və iqtisadi
gücünün artmasına nail olmuşdur. Prezident seçildiyi 2003-cü ildən etibarən ordu quruculuğu
məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub.Ötən illər ərzində Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordu yaradılıb.
Beynəlxalq münasibətlər sahəsində önəmli uğurlar əldə edilib ki, bunun da nəticəsində Zəfər
qazanılıb. Vətən müharibəsində əldə etdiyimiz Zəfər ölkə başçısının intellekti, müdrik siyasəti və dahi
sərkərdəlik məharəti sayəsində əldə olunub.
Prezidentin planlı və ardıcıl şəkildə gördüyü işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50
ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi,
müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının
yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev
tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə müxtəlif növ hərbi texnika, zirehli
maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, xaricdən ən müasir silahlar alınıb.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
44 gün davam edən Vətən müharibəsində düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza
atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyü bərpa edildi, xalqımızın mədəniyyət beşiyi
hesab olunan Şuşa azad olundu. Bu da Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 200 ilə yaxın idi ki,
böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan
xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o
cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə,
döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Vətən müharibəsi nəticəsində tamamilə
məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu
və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil
verildi.
Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və
cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq
təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə
aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda,
Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən
üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad
oldu. Üç il fərqlə keçirilən hər iki parad isə Azərbaycan tarixinə əbədi həkk olundu.
Bu gün biz tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham
Əliyev fenomeni dayanır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda
şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı
tarixini yazır.
Fuad Zeynalov,
Sabirabad rayonunda gənc sahibkar


09:55 24.12.2023