isaznow.com
Az Iw En Ru

Dövlət başçımız Azərbaycanı son 20 ildə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu. Ölkəmiz 2022-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider
Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən
keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani
şəkildə görərib.
Vətən müharibəsindəki Şanlı Qələbədən üç il sonra – 2023-cü il sentyabr ayının 19-da
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordumuz Qarabağ bölgəsində
həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmənin tam
şəkildə məğlubiyyəti və Qarabağda 30 ildən çox hakimiyyətdə olan qondarma qurumun buraxıldından
sonra baş tutdu. Azərbaycan bununla da öz gücünü və hərbi qüdrətinin bir daha nümayiş etdirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda,
Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən
üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad
oldu. Bu parad Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən nəinki təslim
oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi.
Beləliklə, tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyev Azərbaycanı son 20 ildə iqtisadi inkişaf göstəricilərinə görə bütün
dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP
kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi
missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr
səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın
müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və
mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün
pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır.
Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son üç ildə Azərbaycanın
pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Həmçinin
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə bir sıra dövlətlərə yardım edilib,
eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq
10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası
ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən
müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda
nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını
təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur,
ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun
fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu
prinsipləri üzərində qurulub.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru


19:51 23.12.2023