isaznow.com
Az Iw En Ru

Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə qayıtmaqdır

Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə, Xankəndiyə 
qayıtmaqdır. Bu mənada 2023-cü il idman ictimaiyyəti üçün  önəmli il kimi tarixə düşdü. Bu il
ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin
idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman
ictimaiyyətini qürurlandırdı. Prezident İlham Əliyevin idmançılarla görüşündə söylədiyi kimi, məhz
Xankəndidə ali səviyyədə mükafatlandırılma ədalət nümunəsidir.
Doğrudan da bu, çox nadir nümunədir. Biz qalib xalq kimi öz dogma torpaqlarımızda bütün
ənənələrimizi bərpa edirik. Xankəndidə həm idmançılar, həm azarkeşlər özlərini çox xoşbəxt hiss
edirdilər. Bizim qayıdışımızla azad olunmuş ərazilərə həyat qayıdıb. Bunu cəmi 3 ay əvvəl azad
olunmuş Xankəndinin dirçələn simasında daha aydın görmək mümkündür.
30 il separatizmdən əziyyət çəkən Xankəndi stadionunda ilk dəfə futbol matçı keçirildi. Təbii
ki, Qarabağ-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsinin rəmzi mənası var və Prezident İlham
Əliyevin stadionda çıxışı zamanı bəyan etdiyi kimi, azərbaycanlıların inşa etdiyi bu gözəl diyarda 30
il ərzində separatçılar yuva salmışdılar. Faktiki bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Üç ay
əvvəl Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam
təmin etdi. Cəmi 2 ay ərzində yenidən inşa edilən Xankəndi stadionu separatizm simvolikasından
təmizləndi. Biz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın
vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın
inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir. Xankəndidə keçirilən mərasim
Azərbaycan idmançılarını daha böyük qələbələrə həvəsləndirir. Əminəm ki, idmançılarımız bundan
sonra da bizi daha böyük uğurlarla sevindirəcək.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


10:32 23.12.2023