isaznow.com
Az Iw En Ru

Xankəndidə keçirilən futbol matçı hər hansı bir idman deyil, siyasi hadisə idi

21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları
arasında oyun keçirilmişdir.  Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin
uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Prezident İlham Əliyev Xankəndi stadionunda    çıxış
edərək bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi
qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra
Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük
şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər
separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan
hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut
etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz
buraya qayıtmalı idik və qayıtmışıq.
Qürürverici haldır ki, bu gün  Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə
Xankəndidə  dalğalanır,  dövlət gerbimiz  Xankəndinin mərkəzində  yerləşən inzibati  binanı bəzəyir.
Bu, böyük xoşbəxtlikdir  və tarixi hadisədir.  Bu Qələbə bizim  tariximizdə əbədi yaşayacaq. Bizdən
sonra  gələn nəsillər  bu Qələbə  ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər 
ərzində olan  arzuları  çin oldu, ləyaqəti bərpa olundu.  
İyirmi il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına
başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatlarına sahib idi. Bu
il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir. 
Azərbaycan Ordusu ötən dövrdə dünyanın ən güclü orduları sırasında yer aldı. 2020-ci ilin Vətən
müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı,
güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha
sübut etdi.  İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri
yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər.
Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş
torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət
etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” –
deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli
fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi


09:31 23.12.2023