isaznow.com
Az Iw En Ru

Xankəndi stadionunda Azərbaycan kubokunun 1/8 final mərhələsinin keçirilməsi tarixi hadisə kimi illərlə xatırlanacaq

Azərbaycan Respublikasının Prezidenti cənab t İlham Əliyevin tamaşaçılar arasında olması,
qəhrəman şəhidlərimizin uşaqlarının, ailə üzvlərinin bu oyunu izləməsi qürurverici idi.
Uzun illər idi ki, Xankəndi işğal altında idi və bu müqəddəs torpaq yağıların məskəninə
çevrilmişdi. Ancaq Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,
uğurlu siyasi gedişləri Azərbaycan Ordusunun fədakarlığı və xalqımızın birliyi sayəsində üç ay
bundan əvvəl Xankəndi separatçılardan azad edildi. Xankəndidə Zəfər paradının keçirilməsi, üçrəngli
bayrağımızın şəhərdə dalğalandırılması Azərbaycan xalqının həyatında tarixi bir hadisə idi və bu
futbol yarışının keçirilməsi isə bu günü daha da şərəfləndirdi. Cənab İlham Əliyev stadionda olmaqla,
yarışın keçirilməsini elan etməklə, bir daha dünyaya sülhün, azadlığın, haqqın, ədalətin təntənəsi
mesajlarını verdi. Ölkə rəhbəri, cənab Prezident göstərdi ki, heç bir zor qüvvə tətbiq edilmədən,
şəhərə və mülki əhaliyə heç bir ziyan vurulmadan separatçıların ayağı Xankəndidən kəsilibdir.
Şəhərin mənzərələrinin aydın göstərilməsi, evlərin, küçələrin səliqəsi bunu bir daha təsdiq edirdi.
Xankəndi stadionu da bayram əhval-ruhiyyəsində idi və bura gələnlər illərlə arzuladıqlarının
artıq bəhrələrini görürdülər və doğma torpaqda özlərini sərbəst hiss edir, sevinirdilər. Bu böyük bir
təntənə idi və insanların 30 ildən çox arzuladığı qələbənin müjdəsi, təntənəsi kimi
qiymətləndirilməlidir. Bu gün Azərbaycan bütün dünyaya sülh mesajlarını verir. Qalib olmasına
baxmayaraq, yenə də keçənləri, xalqın başına gətirilənləri bir kənara qoyub ermənilərlə sülh
danışıqlarının aparılmasını, davamlı sülhə nail olunmasını vacib bilir. Çünki cənab Prezidentimiz
dəfələrlə xatırlatmışdır ki, biz əmin-amanlığın, haqqın, ədalətin tərəfdarıyıq və istəyirik ki,
münasibətlər yenidən qurulsun, əlaqələr möhkəmləndirilsin və müharibəyə birdəfəlik son qoyulsun.
Xankəndi stadionunda keçirilən bu yarış da elə ermənilərə verilən bir mesaj idi və göstərilirdi ki, biz
torpaqlarımızı azad etmişik, sizin qan tökdüyünüz, at oynatdığınız ərazilərdə bu gün artıq biz
yenidənqurma, bərpa, tikinti-abadlıq işləri aparırıq, yarışlarımızı təşkil edirik, insanları sülhə çağırırıq.
Sözsüz ki, keçirilən bu yarış, Xankəndi stadionunun təntənəsi hər bir Azərbaycan vətəndaşında qürur
hissi doğurur.
Əlbəttə ki, bu yarışı türk dünyası, dünyanın sülhsevər insanları da izlədilər və onlar
Azərbaycanın haqlı mübarizəsinin, tutduğu yolun, aparılan siyasətin doğru olduğunu yəqin edirlər və
bunu yüksək qiymətləndirirlər. Bu yarış gələcəyə daha nikbin baxmağa ümidlər verir və bizim hər
birimiz inanırıq ki, belə yarışlar işğaldan azad olunmuş bütün ərazilərimizdə keçiriləcək. Həmin
torpaqlar bərpa olunacaq, köçkünlər öz ata-baba yurdlarına qayıdacaq və Azərbaycanda daha gözəl,
daha firavan bir həyat qurulacaqdır”
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri


17:28 22.12.2023