

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Epidbiomed” MMC (VÖEN – 1500338941) olub.
Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin keçirilməsi məqsədilə 6 komponentli vaksinin satın alınması üçün Mərkəz MMC-yə 19 milyon 966 min 520 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Epidbiomed” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Prokurorluğun açıqladığı məlumatda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 20 milyonluq tender müsabiqəsinin qalibi olan “Epidbiomed” MMC-nin də adı yer almaqdadır.
Bildirilib ki, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.
Baş proqkurorluğun açıqlamasında həmçinin qeyd olunur ki, “Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 6.2.6-cı maddəsində gösrərilir ki, tender müsabiqələrində iştirak edə bilmək üçün şirkətlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması lazımdır.