

Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran Şəhər üzrə nümayəndəsinin “Şabran şəhəri ərazisində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işləri” bağlı elan etdiyi tender ləğv edilib.
Buna səbəb Tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə olub. Bu da DSQ 11.2. 1-ci hal ilə tənzimlənir.
Xatırladaq ki, Şabran rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynovun Şabran Şəhər üzrə nümayəndəsi Orxan Kərimovdur.(32gün.az)