

Sürətlə inkişaf edən ölkəmiz artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdə və
dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməkdədir. Bu fikri bir çox dövlət başçıları, diplomatları
və siyasətçiləri ifadə edirlər. Son iyirmi ildə Azərbaycanın sürətli inkişaf yolu ilə irəliləməsi, iqtisadi,
siyasi və ictimai sahələrdə qazandığı böyük nailiyyətlər belə fikrə gəlməyə əsas verir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə
malik ölkəyə çevrilib. Buna görə də beynlxal ictimaiyyət növbəti dəfə ölkəmizə böyük etimad
göstərib və gələn ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirilməsi qərara alınıb.
Bununla əlaqədar dekabr ayının 15-də qeyd olunan tədbirin gələn il ölkəmizdə keçirilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı
məsələlər barədə məlumat verib. Bildirilib ki, 2024-cü ildə Bakı ekoloji və iqlim məsələlərinin həll
olunduğu qlobal mərkəzə çevriləcək. COP29 konfransında 190-dan çox ölkədən nümayəndənin,
müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonağın iki həftə ərzində Azərbaycanda bir
araya gəlməsi gözlənilir.
Xatırladaq ki, dekabrın 11-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının – COP-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan
edilib. Bu, beynəlxalq aləmin Azərbaycana etimadının parlaq nəticəsidir, həm də onun artan hörmət
və nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycan öz sözünü demək üçün daha bir yüksək
tribuna qazanıb.
Konfransda Azərbaycanın deyəcəyi mətləblər çoxdur. Çünki 30 ilə yaxın davam edən işğal
dövründə ölkəmizin işğal altında qalan ərazisinin 20 faizində öllkəmizin ekologiyası demək olar ki,
məhv edilib. Meşələrimizdəki qiymətli ağaclar qırılıb Ermənistana daşınıb, flora və faunaya ciddi
zərər vurulub. Çaylar tullantılarla çirkləndirilib, partlayışlardan yer altında tektonik dəyişmələr baş
verib. Nəticədə heyvanlar, quşlar və həşəratlar öz yerlərindən köçüblər. Bir çox yerlərdə bulaqlar
quruyub və ya yatağını dəyişib.
Müşavirədə bildirilib ki, məlum antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri və ənənəvi
olaraq Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər və bu ittihamların heç bir əsası
yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror
əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün
humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Buna baxmayaraq Fransada bəzi
siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə
barışmağa məcbur olacaqlar.
Azərbaycanın dünya birliyindəki mövqeyi durmadan atır. Ölkəmiz Qoşulmama Hərəkatına
dörd il ərzində uğurla sədrlik edib və BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan bu təşkilatda
Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Beləliklə, dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini
ifadə edib.
Prezident İlham Əliyev bu tədbirin əhəmiyyətini xüsusi vurğulayib: “Hesab edirəm ki, COP29
dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT
Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim
vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci
müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi
barədə müntəzəm olaraq mənə məlumat veriləcək”.
Mirnizami Ağayev,
Sabirabad şəhər sakini, təqaüdçü