

Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar
müşavirədə bir daha belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək
səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.
Dekabrın 15-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin qazandığı
uğurların əsasında bu tədbiri də yüksək səviyyədə keçirəcəyimizə işıq saldı. Bu il ölkəmiz, eyni
zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bakıda keçirilən bu Konqres
ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun
müasirləşdirilməsinə mütləq yeni təkan verəcək.
Günümüzün əsas reallıqlarından biri budur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal
üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostlar qazanılmasına və
əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan
çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Azərbaycan BMT-dən sonra
ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Bu, Azərbaycanın geniş
beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı
da yüksək səviyyədədir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında
Bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyini nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar
keçirilən müşavirədə diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, bu qərarı bütün dünya ölkələri
bir neçə gün bundan əvvəl qəbul etmişdir. Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və
böyük hörmət göstərilmişdir: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya
miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət
günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil
siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda,
ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.»
Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu hadisənin önəmi o cümlədən ondadır ki, bu
qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və bütün dünya ictimaiyyəti bir daha
Azərbaycana öz dəstəyini ifadə etdi: «Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri
Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası
yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror
əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün
humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların
arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq
birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir
daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.
Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.»
Dövlət başçısı beynəlxalq birlik anlayışının Qərbdə təhrif edildiyini önə çəkərək qeyd etdi ki,
beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr
yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il
ərzində uğurla sədrlik edir. Ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu mühüm
məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin sədrlik müddətinin bir il uzadılması quruma üzv
dövlətlərin yekdil qərarı əsasında olmuşdur. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində
artan rolunun və mövqeyinin göstəricisi idi. Eyni zamanda, bu məqamı da nəzərə alaq ki, ölkəmizin
Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin
gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi
Zəfərimizin yaratdığı reallıqlar fonunda həm regionda dayanıqlı sülhun və təhlükəsizliyin yaradılması
istiqamətində səyləri göstərildiki, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-
quruculuq işlərinin geniş vüsət aldığı dövrə təsadüf edir. Azərbaycanın qlobal problemini həlli ilə
bağlı səylərin birləşdirilməsinin zəruriliyini təsdiqləyən təşəbbüsləri beynəlxalq dəstək qazandı. Belə
ki, Türk Şurasının ardınca Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşü
keçirildi. Azərbaycanın hər bir təşəbbüsü, qərarı beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu,
ölkəmizin artan rolunun, eyni zamanda, dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.
İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur.
Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin
təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29
beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq: «Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü
göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji
siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.»
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru