

Qarabağ qazisi Siruz İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib.
Qarabağ qazisinin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Fikrət Hüseynovun icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Ehtimal olunur ki, Qarabağ qazisinin nazirliyi məhkəməyə verməsi sosial təminat məsələləri ilə bağlıdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
Sahil Babayev nazir təyin olunandan tənqid edilir. Xüsusilə, qazilərin sosial problemləri ilə bağlı məsələlərdə nazirin fəaliyyətinə münasibət mənfidir.