

Noyabrın 23-də Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibə verib və
dekabrın 9-da bu TV-nin efirində yayımlanıb. Bu müsahibədə vacib məsələlərə toxunan dövlətimizin
başçısı həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft
hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla
yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir
hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət
olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını
genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya
və Rumıniyaya qaz ixrac edir.
Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq
enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə
təmin ediləcək.
Ölkə başçısı qeyd edib ki, “Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox
vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata
keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun
bəhrəsini görürük”.
Bildirilib ki, bağlanan müqavilələrdən və həyata keçirilən layihələrindən böyük həcmdə
mənfəət əldə olunacaq. Yaxın gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən
Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir.
Bu da öz növbəsində, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.
Avrasiyanın xəritəsinə nəzər salanda aydın görünür ki, regionun bütün əsas nəqliyyat marşrutları
ölkəmizin ərazisindən keçir. Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Həmçinin
yüz minlərlə keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində
məşkinlaşdırılacaqlar, bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, hazırda nə iqtisadi, nə də digər
sahədə ölkəmiz üçün hər hansı bir potensial risklər yoxdur.
Azərbaycanın Şərq və Qərb arasında çox strateji-coğrafi mövqedə olmasından və beynəlxalq
arenada ölkənin strategiyasından danışan ölkə başçısı bildirib ki, Azərbaycan artıq dördüncü ildir ki,
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox
üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən ölkəmiz Qoşulmama Hərəkatına yeni ölçü və
dinamika verməkdə önəmli rol oynayıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə
bağlı çoxlu addımlar atıb, parlament və gənclər platformalarını yaradıb, qadınlar üçün platformanın
yaradılması üzərində işləyib. Ölkəmiz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-
dən çox ölkəyə yardım edib. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ona siyasətini,
imkanlarını, nümayiş etdirməyə şərait yaratdı və həm də onun bu təşkilata sədrliyi 120 iştirakçı
dövlətlərin yekdil qərarına əsasən əlavə bir il uzadıldı. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı
şəkildə nümayiş etdirir.
Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, “Bizim qonşularımızla münasibətlərimiz
yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə
münasibətlərimizin öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa
bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə tuturam. Biz bunu ona görə
etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq. Bizim müsəlman ölkələri ilə
münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının
ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliyin demək olar ki, bütün
üzvlərini əhatə edir və bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin
göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə – ərazi
bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları,
əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin
beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü
yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib”.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru