isaznow.com
Az Iw En Ru

Müasir, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Müasir, müstəqil Azərbaycan dövləti bu dövlətin qurucusu, xilaskarı, tarixi şəxsiyyət, lider
Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Ümummilli lider kimi uşaqdan böyüyə
hər kəsin məhəbbətini qazanmış sadə insan, hər kəsin örnək olaraq gördüyü dahi şəxsiyyət, dövlət 
xadimidir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 2023-cü il mayın
10-da dahi liderin  100 illiyi tamam olub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət
səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2022-ci il 29 sentyabr sərəncamına uyğun
olaraq 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qərar imzalayıb. Bu qərarın əsasında
Azərbaycan xalqının öz şəxsiyyətinə, dövlət qurucusuna olan sevgisi, hörməti, daim hər birimizin
qəlbində yaşaması və xatirələrinin yaşadılmasından irəli gələn addımdır. Eyni zamanda böyüyən yeni 
gənc nəslin  ümummilli liderin həyatı, fəaliyyəti haqqında, dövlətimizi müstəqilliyə,inkişafa aparan
yolları öyrənmələri və bu müstəqilliyi qorumaları, hər sahədə daha da inkişaf etdirmələri, dünyada
təbliğ etmələri üçün xüsusi töhfədir.
Heydər Əliyev fəaliyyəti dövründə daim Azərbaycanın mənafeyi, gələcək uğurları üçün
çalışmışdır. 1944–cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb, 1969-cu ilə kimi burada
işləmişdir. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə
təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat
şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci
ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə
təyin olunub və göstərdiyi uğurlu xidmətləri nəticəsində həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər
Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu
illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-
cı ildə  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun  üzvlüyünə
namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. O, fəaliyyəti dövründə bir çox mühüm
tədbirlərə imza atmış,işlədiyi sahələrdə irəliləyişlərə nail olmuşdur. Bütün bu vəzifələrə baxmayaraq
Heydər Əliyev Mixail Qarbaçovun ədalətsiz siyasətini dəstəkləməyib, tutduğu vəzifələrdən imtina
etmişdir.Heydər əliyevin rəhbərliyi dövrdə Azərbaycan hər sahədə inkişafa doğru irəlilədi.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  ölkəmizdə  sovet ordusu 
tərəfindən törədilən qanlı faciəyə səssiz qalmamış,öz vətənpərvərliyini göstərərək ölkədən uzaqda
olsa da, Moskvada bəyanatla çıxış edib və bu qanlı faciəyə səbəb olanların cəzalandırılmasını tələb
etmiş və  SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də
Azərbaycan SSR xalq deputatı və  Naxçıvan MSSR  xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-
dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb.
Qısa müddət ərzində Heydər Əliyev  uzaqgörənliyi sayəsində qısa müddət ərzində ölkənin tərəqqisi
üçün mühüm işlər görür. Elə buna görə də, o, 1992-ci il noyabrın 21-də hazırda ölkəmizdə üzvlərinin
sayına və fəaliyyət istiqamətlərinə, gördüyü çoxşaxəli işlərə, tədbirlərə görə öndə olan   Yeni
Azərbaycan Partiyasının  Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın
sədri seçilib. Onu da qeyd edim ki, YAP-ın bugünkü qüdrəti, ictimai-siyasi fəaliyyətdə birinci olması,
digər partiyaları geridə qoyması məhz ulu öndərin qoyduğu bünövrənin, seçdiyi uyğun fəaliyyət
strategiyasının nəticəsidir.
90-cı illərin əvvəlləri Azərbaycanın ictimai-siyasi həyatı çətin dövrə təsadüf edirdi. Bu dövrdə
ölkəmizdə torpaqlarımızın bir hissəsi işğala məruz qaldı, insanlarımız dorpaqların işğalı nəticəsində
əzab-əziyyətə düçar oldu. Eləcə də ölkə vətəndaş müharibəsi və öz müstəqilliyini, varlığnı itirmə
təhlükəsi ilə üzləşdi. Bunun əsas səbəbi ölkənin, dövlətin səhv idarəçiliyi,hərc-mərclik, özbaşınalıq,
siyasi iradənin, gücün olmaması Azərbaycanı təhlükəli vəziyyətlə üz-üzə qoydu. Ölkəmizin öz
müstəqilliyini itirməsinin, vətəndaş müharibəsinin qarşısının alınması  Ulu Öndər Heydər Əliyevin
hakimiyyətdə fəaliyyətə başalaması ilə yekunlaşdı, sabitlik bərqərar olundu. Belə ki, Heydər Əliyev

1993-cü il iyunun 15-də sədri Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Beləliklə, 1993-2003-cü illərdə  Ümummilli lider Heydər Əliyev ölkəmizin prezidenti olur. Bu
müddət ərzində siyasi sabitlik bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi var olmasında son
dərəcə əhəmiyyətli addımlar atmış,yalnız bu günü üçün deyil, gələcək inkişafi, suverenliyi,
demokratik cəmiyyətin təşəkkül tapmasında vacib qərarlar vermiş, müxtəlif sahələrin inkişafı üçün
fəaliyyət planları tərtib etmişdi. Onu da qeyd edim ki, bügünkü, müasir Azərbaycanın  sürətlə inkişafı,
dirçəlişi, çiçəklənməsi məhz Heydər Əliyevin imzaladığı mühüm sənədin böyük rolu var. Bu sənəd
1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi” adını almışdır. Burada dünyanın 8 ölkəsi və 13 neft
şirkəti ilə Xəzərin Azərbaycan sektoruna düşən hissəsində neftin birgə işlənməsi və hasil olunan
neftin bölüşdürülməsidir.
Bununla da Azərbaycan dövtətinin və xalqının həyatında mühüm dövr başlayır. Bu müqavilə
nəticəsində ölkəmiz istər siyasi, iqtisadi, istərsə də hərbi sahədə mühüm inkişafa doğru addımlayır.
Heydər Əliyevin mühüm xidmətlərindən biri də Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi,
onun müasir standartlara,beynəlxalq müqavilərə əsaslanaraq suveren, demokratik, müstəqil dövlət
kimi, xalqın rifahı, onların hüquq və azadlıqlarını rəhbər tutaraq hazırlanmasıdır. Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyası hazırlanarkən dövlət dili məsələsi də irəli
sürüldü. Beləliklə, ümumxalq səsverməsi nəticəsində 1995-ci ildə dövlət dilinin Azərbaycan dili
olması Konstitusiyada öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyev hər zaman sadəcə siyasi rəhbər deyil, həm də əsil vətənpərvər
şəxsiyyət kimi xalqın içində olmuş, hər kəsin problemləri ilə maraqlanmağa, onları həll etməyə can
atmışdır. Ölkəmizin ən vacib məsələlərindən olan Qarabağla bağlı mühüm açıqlamalar vermiş, oradan
köçkün düşən insanların şəraiti ilə şəxsən özü məşğul olmuş, onlarla görüşlər keçirmiş, onlara
səmimiyyətlə yanaşmışdır. Heydər Əliyev hər zaman hər kəslə yaşına uyğun davaranmışdır. Elə buna
görədir ki, bu gün hər kəs onu sevgi, səmimiyyət, hörmətlə anır.
Heydər Əlirza oğlu Əliyev uzun müddət ABŞ klinikasında müalicə olunsa da, 2003- cü ildə
dünyasını dəyişir. Bu gün dünyada ölkə olaraq öz sözümüzü deyir və yürüdürüksə, bu ulu öndərin 
uzaqgörənliyi, düşünülmüş strategiyasının, hədəflərinin nəticəsidir. O hər zaman qəlbimizdə,
xatirimizdə Azərbaycan dövlətinin qurucusu kimi, xalqın xilaskarı kimi yaşayıb və yaşayacaq,
gələcək nəsillər üçün örnək olacaqdır.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


10:17 12.12.2023