

Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, böyük Lider, uzaqgörən, cəsarətli siyasi xadim idi. O
bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər
Əliyev Azərbaycana 2 dəfə rəhbərlik etmişdir. Hər 2 dəfə Azərbaycanı tənəzzüldən , böhrandan çıxarıb
inkişaf yoluna qoymuşdur.
Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün
siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. Dahi şəxsiyyətlər , alimlər,
şəhidlər , qəhrəmanlar heç zaman ölmürlər. Onlar bu dünyada əbədi iz qoyurlar. Adlarını xalqımızın
tarixinə qızıl hərflərlə yazdırırlar. Ümummilli Lider də xalqımızın qəbində əbədi yaşayır. Onun
davamçıları olan bizlər daim xalqımıza qoyduqu dəyərli miraslara sahib çıxacağıq.
Ümummili Lider 3 əsas boyük miras qoyub:
-Dövlət müstəqilliyi: 1991- ci ildən adı formal müstəqil dövlətlər sırasında yer alan Azərbaycan
milli suverenliyi- əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərlil etməsindən sonra əldə
etdi.
-Zəngin siyasi- mənəvi irsi, heç şübhəsiz milli sərvət və mütərəqqi dəyərdir.Heydər Əliyev
ideyaları həm 20-ci həm də 21-ci əsrdə Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi pradiqmalarını təşkil
edən dəyərlər sistemidir:
-Siyasi varislik: Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini
yaratmaqla davamlı inkişafı, dayanıqlı və nizamlı sabitliyi təmin etmiş oldu.
Heydər Əliyev onun layiqli davamçısı olan Prezident İlham Əliyeb tərəfindən milli maraqlara və
müasir qlobal çağırışlara uyğun davam etdirilməsi nəticəsində Azərbaycanın adı qalib ölkə və qüdrətli
anlayışları ilə assosiasiya olunur.
Ulu Öndər Heydər Əliyevin ruhu şaddır ona görə ki, Cənab Ali Baş komandan İlham Əliyev ata
vəsiyyətini layiqincə yerinə yetirdi. Və Cənab Ali Baş Komandan Şuşanın işqaldan azad edilməsinin
tarixi əhəmiyyətindən danışarkən dedi: Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim,
Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini layiqincə yerinə
yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Bu gün Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır.!
Gözün aydın olsun Azərbaycan! Gözün aydın olsun Dünya Azərbaycanlıları! Deyə vurğuladı.
Ulu öndər ruhun şad olsun!
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri