isaznow.com
Az Iw En Ru

Zəfərimizin Paradı

Azadlıq meydanı bir çox paradlara şahidlik edib. Amma heç bir parad 2020-ci il 10 dekabr
paradı kimi əzəmətli olmayib. Bu parad 30 illik niskilə, 30 illik Vətən həsrətinə son qoymuş rəşadətli
ordunun paradı idi. Sanki parad deyildi, 44 günlük Vətən Müharibəsində düşmənə diz çökdürən
ordunun öz xalqı qarşısında hesabatı idi. Bu parad hər bir azərbaycanlının uzun illər böyük həsrət və
sevinclə  gözlədiyi qələbənin paradı idi.
Türk Dünyasının iki məglubedilməz, məgrur liderinin qəbul etdiyi bu paradda Azərbaycan bir
daha öz gücünü dostuna və düşməninə nümayiş etdirdi.Bu Ermənistana və onun havadarlarına həm
tutarlı cavab həm də mesaj idi. Ermənistan uzun illər xalqımızın başına gətirdiyi faciələrə , tökdüyü
nahaq qanlara görə cavabını aldı.  Eyni zamanda Ermənistana və onun timsalında bütün Türk Dünyası
düşmənlərinə mesaj verildi ki, Azərbaycanla hərb dilində hədə-qorxu ilə danışmaq olmaz. Kim əgər
buna bir də cürət edərsə layiqli cavabını alacaq.
Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika o cümlədən silahlanmaya yeni
qəbul edilmiş müasir hərbi texnika, raket və artileriya qurguları hava hücumundan müdafiə sistemləri
eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən Müharibəsi zamanı Azərbaycan
Ordusu tərəfindən darmadağın edilmiş və ələ keçirilmiş hərbi qənimətlərin bir qismi də nümayiş
etdirildi. Düşünürəm ki, hər bir xalqın tarixində dönüş nöqtəsi olan və tale yükü daşıyan əhəmiyyət 
hadisələr olur. Zəfər paradı bu qəbildən olan hadisələrlərin cərgəsində ən başda dayanır desək
yanılmarıq. Çünki Zəfər paradı hər bir xalqın, dövlətin varolma kimliyinin təsdiqidir.
Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki, bütün hərbi strukturların, ayrı
ayrı qoşun növlərinin hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları iştirak etdi.
Müdafiə Nazirliyi, ,Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu
müharibədə qarşılarında duran vəzifələri layiqincə yerinə yetirdilər.Həmçinin Dövlət Təhlükəsizliyi
Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirdilər. Prezident,
Ali Baş Komandan İlham Əliyevin Sərancamları ilə  vətən borcunu layiqincə yerinə yetirən hər bir
əsgər və zabit orden və medallarla təltif olundu.
Zəfər Paradında ürək açan mənzərə yalnız Azərbaycan Ordusunun rəşadətli əsgər və
zabitlərinin keçidi, ordunun maddi texniki bazasının, döyüş meydanında əldə olunmuş hərbi
qənimətlərin nümayişi deyildi. Hər bir azərbaycanlı böyük fərəh və qürur hissi isə Türkiyə
Respublikasının prezidenti Rəcəb Tayib Ərdoganın iştirakini və Türkiyə hərbçilərinin nümunəvi
keçidini izlədi.
Tükiyə Respublikası həm 44 günlük Vətən müharibəsində , həm də ondan əvvəlki illərdə
siyasi müstəvidə apardıgımız haqq savaşlarında daim Azərbaycanın yanında olub. Mənəvi dəstək
olub. Azərbaycan- Türkiyə münasibətləri parlaq qələbəmizdən sonra yeni mərhələyə- müttəfiqlik
mərhələsinə qədəm qoydu. Azərbaycan prezidenti Cənab İlham Əliyev qeyd edirdi ”Bu birliyimizin
qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir
Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən
bir daha bizim birliyimizi həm xalqımıza eyni zamanda bütün dünyaya göstərdik ”
Zəfər paradı Erməni mifinə son qoydu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə
həm Ermənistan silahlı qüvvələrini həm də erməni mifini məhv etdi. Yenilməz Ermənistan ordusu 44
günə darmadağın edildi. Təcavüzkar düşmən Azərbaycan əsgərinin gücünü gördü və layiqli cavabını
aldı.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri


12:54 10.12.2023