isaznow.com
Az Iw En Ru

Xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcək

Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə verdiyi
sərəncam yeni reallıqlardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, 2020-ci ilin sentyabr ayında
başlanan və cəmi 44 gündən sonra 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra keçirilən ilk
seçkilərdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Həm müharibəni, həm də
yenidənqurma işlərini təkbaşına aparır. Bütün bu uğurların altında Silahlı Qüvvələrimizin Ali Baş
Komandanı, Prezident İlham Əliyevin imzası var. Deməli, indiki növbədənkənar prezident seçkilərini
həm də Zəfər seçkiləri də adlandırmaq olar və xalqımız  bu seçkilərə də inamla gedir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Reallıq
budur ki, seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq nəticə xalqın istəyinə uyğun olacaq. Bu
seçim 2024-cü ildə də, 2025-ci ildə də dəyişməz qalacaqsa, ölkəmizdə dinamik olaraq genişlənən
inkişafı, Qarabağımızda aparılan quruculuq işlərini, xarici siyasətimizdə əldə etdiyimiz misilsiz
uğurları seçkilərlə niyə ləngidək? Bütün gerçəkliklər nəzərə alınıb və seçkilərin sadəcə vaxtı irəli
çəkilib. Yox, kimsə 2025-ci ilədək xalqın seçiminə hansısa siyasi zümrənin təsir edə biləcəyini
düşünürsə yanılır, bunlar boş və xam xəyallardır. Əminliklə demək olar ki, xalqımız bu dəfə də
Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcək.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri


09:06 10.12.2023