

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin keçmiş rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclasının vaxtı bəlli olub.
Kanal24 xəbər verir ki, iclas dekabrın 8-də Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçiriləcək.
Rəşad Məlikzadə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Rəşad Məlikzadə 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir.