

Noyabrın 24-də paytaxtımız Bakı şəhərinindəki Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi
Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət
və hökumət başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə bir sıra ölkələrin dövlət və hökumət
başçıları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edərək çıxış
edib. Qeyd edilib ki: “Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan
ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi
etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından
qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın
məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan
Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə
məhv etdi”.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi.
Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti
qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar:
“Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz
Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı
soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi
tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə
münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm”.
Dövlətimizin başçısı onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik
və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə
tutulduğunu qeyd edib: “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-
baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma
evlərinə qayıdacaq”. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri
həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış
məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi
köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin
sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bir sözlə, Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə
SPECA-nın Zirvə görüşünün təşkil indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən
Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir.
Zirvə görüşündə dövlət başçımızın söylədiyi kimi: “Çıxışımın sonunda dövlət və hökumət
başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və
Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm”.
Sonda Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və
hökumət başçılarının birinci Zirvə görüşününün yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Musa Ağayev,
Sabirabad rayonu gənc sahibkar