

Un bazarında əsas oyunçulardan olan “Karmen” MMC cərimələnə bilər.
Sirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Cəmilə Səfiyeva iş üzrə hakim təyin edilib.
“Karmen” MMC 12 iyun 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 43 138 AZN-dir. Şirkətin qanuni təmsilçisi Xəlilov İlham Şəmil oğludur.
“Karmen” MMC keçmiş deputat Əsabil Qasımovun şirkəti kimi tanınır. Mediada gedən məlumatrdan aydın olur ki, şirkət Əsabil Qasımova məxsus “Karat Holding”ə daxildir.
Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindın IV çağırış Milli Məclisin deputatı olub.