

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən
olunmuşdur.
44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir və bu Zəfəri xalqımıza bəxş edən isə
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan
Ordusudur.
Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic
vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir
rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü.
Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-
siyasi rəhbərliyi ordumuzun qüdrəti qarşısında diz çokdü.
Döyüş müydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya
aktına əsasən Azərbaycan noyabrın 25-də Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandanın İkinci
Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və
düşmən rayondan çıxmağa məcbur edildi.
Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusu tərəfindən işğal
olunmuşdur. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər
tərəfindən talan edilmişdir.
Eyni zamanda Azərbaycan BMT-nin və digər Beynəlxalq qurumların qərar və qətnamələrini
döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü
təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat
qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir.
Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha
sübuta yetirmiş olur.Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev bu qələbənin
müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə
qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT
Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki,
təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.44 günlük Vətən
Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər
Azərbaycanın xeyrinə davam edir.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbəliyi ilə cəmi 44 gün ərzində
erməni işğalçılarına layiqli cavab verən Azərbaycan ordusunun qüdrəti və yenilməzliyi bir daha
dünyaya nümunə oldu.
Prezident cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində
Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti
qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya
nümayiş simvoluna çevrildi və Azərbaycanın suverenliyi tam bəpa olundu.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi