

Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi
əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca
böyük uğurdur və tarixi bir hadisədir.
Kəlbəcər rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal edilib. 3054 kv.km. ərazisi olan rayonun 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55
inzibatiərazi dairəsi düşmən tapdağı altına düşüb, 88 300 nəfər əhali məcburi köçkünə çevrilib.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana,
43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23
ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan
edilərək dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Sonradan isə rayon
ərazisində ermənilər məskunlaşdırılıb.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli
bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Azərbaycan xalqı özü
beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən
olunmuşdur.
Bu gün Kəlbəcərdə böyük quruculuq işləri həyata keçirilir. Kəlbəcər azad edildikdən sonra
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva 2021-ci ildən sonra bir neçə dəfə Kəlbəcər rayonunda səfərdə olublar.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda
da böyük quruculuq işləri davam edir. 2021-ci il avqustun 16-da dövlətimizin başçısı və birinci xanım
Kəlbəcər rayonunda olduqları vaxt onların iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində
Murovdağda inşa olunacaq tunelin və Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni yolun təməli
qoyulub. Səfər zamanı həmçinin 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və
Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.
2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1”
Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri
kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun
və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun
inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti
işlərinin gedişi ilə tanışlıq olmuşdur.
2023-cü il avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin
“Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma
mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-
İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də isə ölkə
başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Kəlbəcər rayonunun
Vəngli kəndində olublar.
Bəli, Kəlbəcər yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək
və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir. Prezidentimizin
rəhbərliyi ilə azad edilən torpaqlarımızın, o cümlədən Kəlbəcərin bərpa edilməsi üçün Azərbaycan
kifayət qədər maliyyə ehtiyatlarına malikdir və tezliklə rayon yenidən Azərbaycanın ən zəngin, aqrar
sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri