

Yozumu “çay üstündə qala” olan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ucalıq
təkcə relyeflə bağlı deyil, həm də milli-dəyərlərə, təbii yeraltı və yerüstü sərvətlərə, malik olma kimi
də anlaşılmalıdır. İstisu Kəlbəcəri tanıtma ünvanlarından biridir. Bu ucalıq həm də əsrarəngiz
gözəlliklə bağlıdır...
Ermənilər hələ işğala kimi Kəlbəcərdə Başlıbel, Ağdaban faciələri törətmişdi. Kəlbəcərdə
martın 27-dən aprelin 3-nə kimi döyüşlər getdi. İşğal zamanı 511 kəlbəcərli öldürüldü, 321 kəlbəcərli
əsir götürüldü, itkin düşdü. Martın 27-də erməni silahlıları Tunel deyilən yerdə Kəlbəcəri tərk
edənlərin qarşısını tunelin o biri tərəfində kəsdi. 82 nəfər öldürüldü, o cümlədən 50 nəfər diri-diri
yandırıldı, 32 nəfər əsir götürüldü.
İşğal müddətində Kəlbəcər tamamilə dağıdılıb. Neçə-neçə tarixi abidəsi, dünyaca məşhur
tarix-diyarşünaslıq muzeyi, Xudavənd məbədi dağıdılıb...
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da
üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə əsasən Ermənistan silahlı qüvvələri Ağdamı, Laçını,
Kəlbəcəri döyüşsüz tərk etdi. Kəlbəcər noyabrın 25-də azad edildi. Həmin gün Kəlbəcərin işğaldan
azad edilməsi günü kimi tarixləşdi...
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı
qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik
tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma
mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51
kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi.
2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri
kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma
mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış
məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik
Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu...
Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan
quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır.
25 Noyabr Kəlbəcər Şəhəri Günü bunların xatırlanması Kəlbəcərin tam tikiləcəyinə inamın
təzahürüdür. Kəlbəcərlilər də, ümumən bütün azərbaycanlılar da həmin günün qürurla yaşanılacağına
əmindir…
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən
olunmuşdur.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri