isaznow.com
Az Iw En Ru

Azərbaycan- İraq münasibətlərinin gələcək perspektivləri

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri
çərçivəsində mətbuata bəyanatında  bir neçə mühüm məqamı  yenidən  aktuallaşırdı.
İlk növbədə, Azərbaycan- İraq münasibətlərinə diqqət çəkərək qeyd etdi ki, iki ölkənin
diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Dövlət
müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraq olmuşdur. Belə ki, 2 yanvar
1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.
Sonrakı illərdə  qarşılıqlı əlaqələrin intensiv və ya daha sıx olması ilə bağlı ardıcıllıq izlənilmir.
Doğrudur, 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası
Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə
Komissiya yaradılmış, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının
səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq
Kürdüstan Regional Hökumətinin başçısı cənab M. Bərzani ilə görüşmüşdür. Bununla yanaşı İraq və
Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də,
Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq
suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.
Əlbəttə ki, bunun səbəbləri var. Əgər  biz ötən dövr ərzində hər iki ölkədə və onun ətrafında
cərəyan edən hadisələri təhlil etsək, görərik ki, onların qarşısında dayanan  problemlər, ölkədə və
ətrafda baş verən hadisələr  fonunda, eyni zamanda, təbii resurslara zəngin olan  Azərbaycana və
İraqa ikili standartlarla yanaşılmışdır. Lakin  hazırda hər iki ölkə özünün yeni inkişaf mərhələsini
yaşayır. Bu ölkələrin sıx siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac vardır.
Məhz bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Əminəm ki, bu
səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda
yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin
Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.
Günel Cəfərova,
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi


08:53 23.11.2023