isaznow.com
Az Iw En Ru

İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır

Azərbaycan beynəlxalq münasibətlərin inkişafında, yeni inteqrasiya sxemlərində dayanıqlı
konfiqurasiyalar yaradır: "Bu ondan irəli gəlir ki, imperiya qüvvələrinə qulluq edən ölkələrdən fərqli
olaraq biz sağlam münasibətlərin tərəfdarıyıq və bərabərhüquqlu yanaşmalara üstünlük veririk. Əgər
böyük dövlət xırda bir məmləkətlə münasibət qurur və öz geosiyasi çəkisindən sui-istifadə edərək
xeyir güdməyə çalışırsa, biz buna qarşı çıxırıq. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim
üçün vacib olan əməkdaşlığın sağlam ruhda inkişaf etməsi və hər bir tərəfin maraqlarının nəzərə
alınmasıdır. Bu baxımdan istər post-sovet məkanında, istər ərəb dünyasında, istərsə də islam
birliyində bizim üzümüz ağ, alnımız açıqdır.
İraq təlatümlü dövrünü yaşayan məmləkətdir. Uzun illər müharibələr yaşayıb və istilaların
təzyiqini hiss edib. İndi isə İraq öz mövqeyini tənzimləyərək bir çox istiqamətlərdə əməkdaşlıq
diskuslarını inkişaf etdirməyə çalışır. Bu mənada Azərbaycan da İraq üçün vacib ölkələrdən biridir.
Təsadüfi deyil ki, xeyli vaxtdır ölkəmizdə İraq səfirliyi fəaliyyət göstərir.
Eyni zamanda, İraqda da Azərbaycan səfirliyi var və çoxlu sayda soykökünə bağlı
doğmalarımız yaşayır. Bu yaxınlarda İraq türkmənlərin böyük nümayəndə heyəti Azərbaycana
gəlmişdi. Həmin heyətdə İraq parlamentinin nümayəndələri var idi. Onlar faktiki olaraq İraq
dövlətinin siyasətini uzaq sahillərdə həyata keçirən siyasi liderlərdir.
Azərbaycanda üç gün ərzində keçirilən görüşlər onu göstərir ki, İraq və Azərbaycan xalqı
təmənnasız münasibətlərin inkişafında maraqlıdır. Bir halda ki, bizim aramızda məlumatlılıq bazası
güclənəcək, deməli bu əməkdaşlıqdan böyük fayda əldə edə biləcəyik. Qarşılıqlı fayda varsa, deməli
onu tənzimləyən etimad var. Odur ki, Bakı və Bağdad arasında son dərəcə etimadlı dialoqlar aparılır.
Hesab edirəm ki, İraq Prezidentinin Azərbaycana səfəri həm münasibətlərimizin yeni keyfiyyət
mərhələsinə qədəm qoyması, həm də hər iki dövlətin sülh tərəfdarı olması ilə bağlıdır.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


07:53 23.11.2023