

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti vəzifəsini icra edən Samir Rzayev Milli Məclisdə tənqid olunmasını istəmir.
Bu barədə Gununsesi.info-ya millət vəkillərindən biri bildirib.
Həmin deputatın sözlərinə görə, AZAL-ın yeni rəhbəri bir qrup həmkarına müraciət edərək, AZAL-la bağlı tənqid səsləndirməmələrini onlardan xahiş edib.
Millət vəkilinin sözlərinə görə, Samir Rzayev AZAL-ın qənaət etdiyi pullarla ilk dəfə öz hesabına yeni təyyarə aldığını da onların diqqətinə çatdırıb.
“Ümid edək ki, Samir Rzayev bilet qiymətləri ilə bağlı çalışmalarında müsbət nəticə əldə edəcək”.