

Noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini
qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və
Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız
böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününü ən
yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə əzəmətli
paradın keçirilməsi oldu.
Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan
44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd,
qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə
keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı.
Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş
Komandan İlahm Əliyevin dediyi kimi: “44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində
dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə
qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi.
Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı
Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.
Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını
xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı
daha çox ola bilərdi”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyinə və
təcrübəsinə ancaq heyran olmaq olar. Xankəndindəki paradda Azərbaycan Silahlı Qüvvələri
tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə
“mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini
daha bir nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da
həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa
davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli
məhkəməni gözləyirlər. Xankəndində isə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komndanı
İlham Əliyev Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.
Noyabrın 8-də işğaldan azad edilmiş Xankəndində keçirilən hərbi paradda Azərbaycan Prezidenti
İlham Əliyev demişdi: “Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki,
torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz
zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq”.
Daha sonra ölkə başçısı bildirdi ki, “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir
gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji
yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa
məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma
rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi
ədaləti bərpa etdik.”
Bu gün alnı açıq, başı dik və fəxrlə – biz bütöv və suveren Azərbaycan vətəndaşıyam-deyirik.
Bütün bunlara nail olmağımızda Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinin rolu qeyd-
şərtsizdir. Onun qlobal lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellekt səviyyəsi, xalqına və
vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın davam edən erməni işğalına
son qoyuldu. O bir tərəfdən öz siyasi iradəsini nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin
icrasında yüksək peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə təbliğ
etmək, dövlətçiliyi və xalqı müdafiə etmək üçün bütün diplomatik bacarığını sərgiləyir.
İbad Əşrəfli,
Mil-Muğan Regional Məşğulluq filialının əməkdaşı, Sabirabad rayonu Ulacalı kənd sakini,
Vətən Müharibəsi iştirakçısı