

Qalib Azərbaycanda Zəfər dolu günlər biri-birini əvəz edir. Oktyabrın 15-də Xankəndidə,
Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldan Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində dünyaya səs salan daha
bir möhtəşəm tədbirdə-Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi
paradda iştirak etdi. Bütün bu biri-birindən möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut
edir ki, dövlətinin, xalqının gələcəyini düşünən cənab İlham Əliyev əvəzolunmaz Lider və tarixi
şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında
görünməsini, beynəlxalq arenada rolunun, dəyərinin yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyur.
Bu, atrıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev sözü ilə əməli vəhdət təşkil
edən qətiyyətli Prezidentdir.
Dövlət başçısı hərbi paraddakı çıxışında “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad
göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm
ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma
xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan
torpaqların hər bir guşəsində qaldıracağıq” fikirləri ilə ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini
açıqladı. Əgər bu gün artıq tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycanın üçrəngli
Bayrağının qürurla dalğalanmasından bəhs ediriksə, unutmamalıyıq bu, dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik
siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan
rəşadətli ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Müzəffər
Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş
meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan
birdəfəlik qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər
parlaq Qələbə olmamışdır. Əfsanəvi Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi
əməliyyatlar, hərbçilərimizin şücaəti heç zaman unudulmayacaq qəhrəmanlıq dastanıdır. Qırx dörd
gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan
əsgər və zabiti misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri, Vətən Müharibəsi veteranı