

Artıq üç ildir ki, Zəfər günü Azərbaycan xalqının ən böyük bayramı kimi qeyd olunur. Bu ilki
Zəfər bayramı isə xüsusilə möhtəşəmdir. Vətənimizin hər bir guşəsində, hər evdə, hər ailədə sonsuz
xoşbəxtlik hökm sürür. Hər bir Azərbaycanlı Vətən müharibəsindəki şanlı qələbəmizlə fəxr edir.
Xankəndinin mərkəzi meydanında isə Qarabağın fatehi İlham Əliyev Zəfər Paradını qəbul edir. 1919-
cu ildə Cümhuriyyət qurucuları tərəfindən Xankəndidə keçirilmiş birinci hərbi paraddan 104 il sonra
Xankəndi ikinci dəfə özünün qürur tarxini yaşamaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev prezident seçildikdən sonra keçirilmiş andiçmə mərasimində xalqa
verdiyi vədini xatırlatdı. “…gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan
torpaqların hər bir guşəsində qaldıracağıq.” Bu müqəddəs bir vəd idi. Çünki bu vəd ulu bir xalqın
taleyi ilə, onun gələcəyi ilə birbaşa bağlı idi. Bu Prezident İlham Əliyevin həyat amalı idi. O düz 20 il
ərzində öz amalına doğru, torpaqlarımızın xilası və xalqın nicatı üçün addım-addım irəli getdi,
getdikcə öz məqsədinə yaxınlaşdı və nəhayət böyük Zəfər salnaməsini Azərbaycan tarixinə öz əlləri
ilə yazdı. Ölkə başçısı qələbəyə gedən yolumuzu belə xarakterizə etdi: “Ötən illər ərzində ordu
quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun
döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə
edilməsi qələbəyə aparan əsas amillərdir.”
Əcdadlarımızdan bizə qədər qorunub əmanət olaraq ötürülən, bəzən itirilən, bəzən qılıncla və
qanla qaytarılan, üzərində dövlətlər qurulmuş, nəsillər artırılmış doğma torpaqlarımız 30 il düşmən
işğalında qaldı. Amma xalq Qələbəyə inamını heç zaman itirmədi. Bu inamı yaradan, onu döyüş
meydanlarında şərəflə doğruldanlar isə Zəfər gününü xalqımızın tarixinə öz qanları ilə yazan isə igid
hərbiçilərimiz oldu. Əsgərlərimiz, zabitlərimiz və generallarımız Vətən torpağı uğrunda müqəddəs
savaşa atıldılar və bu savaşdan qalib çıxdılar. 44 günlük Vətən müharibəsi və bir günlük anti-terror
tədbirlərində hərbiçilərimizin uğurları dünya hərb sənətində nadir peşəkarlıq nümunəsinə çevrildi.
Zəfərimiz Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün
dünyaya nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətləri yüksək dəyərləndirən
Prezident İlham Əliyev ordumuz haqqında fəxrlə danışdı: “XXI əsrdə heç bir ordu bizim qədər
peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda
ölümə getməyə hazır olmamışdır.” Son 20 ildə Azərbaycanın müstəqil siyasətini məharətlə və
qətiyyətlə yürütmüş və sonda müstəqilliyimizi, bütün torpaqlarımız üzərində suveren hüquqlarımızı
bərpa etmiş dövlət başçısı müqəddəs savaşımızın nəticələrini belə bəyan etdi: “Biz istədiyimizə nail
olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik,
düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.”
Bu gün dünyanın dörd bir tərəfində yaşayan bütün soydaşlarımız üçün qürur və şərəf günüdür.
Bu gün böyük Zəfər günüdür. Vətənimiz azad, torpaqlarımız bərəkətli, vətəndaşlarımız xoşbəxtdirlər.
Bu xoşbəxtliyə nail olmaq uğrunda canlarını qurban vermiş şəhidlərimizi dərin ehtiramla anır və
onların xatirəsini əziz tuturuq. Şərəfli ölümləri ilə ölümsüzləşən Azərbaycan oğulları Vətən
torpaqlarını bütövləşdirərək bu günkü nəsillərə əmanət etdi. Bu əmanəti göz bəbəyi kimi qorumaq isə
hər bir Azərbaycanlının şərəf işidir.
Zəfərlərimiz davamlı və əbədi olsun!
Faiq Əhmədov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi