isaznow.com
Az Iw En Ru

10 noyabr 2020-ci il - Uzun illər davam edən erməni işğalının sonu

Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın
imzalanmasından artıq 3 il ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam
etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər
rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu
darmadağın edildi.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları
aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə
məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə ciddi nəticələr əldə edib.
İlkin mərhələdə Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox
vəsait ayırmışdı və qısa müddət ərzində işğaldan azad olunmuş şəhərlər və qəsəbələrdə bu vəsait
hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.  Azad
edilmiş rayonlarda böyük ərazilərdə  minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər
davam edir.
Gələcəkdə isə bu ərazilərdə bərpa quruculuq işlərinin daha geniş vüsət almasının şahidi
olacağaqıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabr ayının 3-də
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının quruma üzv ölkələrin «Türk Əsri!»
çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında bildirdiyi kimi: “Üç il əvvəl Vətən
müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı
bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları
həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.
Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq
keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə
qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi
nəzərdə tutulur”.
Ərazilərin bərpası istiqamətində görülən iri miqyaslı işlər çərçivəsində çərçivəsində
Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan
sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan
enerji ilə çalışacaq, günəş erejisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur. Artıq bir
sıra strateji yolların tikintisi başa çatmaq üzrədir. Füzuli və Zəngilan aeroportlarıunun açılışı keçirilib,
daha 1 aeroportun tikintisi həyata keçirilir. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam
edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd
salınıb. Kəndin genişləndirililərək əlavə 150 ev inşa edilib.  Burada məşğulluq, məktəb, bağça, tibb
məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Məcburi köçkünlərin regiona
qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun bərpası aparılır. Azad edilən şəhərlərimizin
bərpası ilə bağlı onların Baş planların təsdiq edilib və artıq bir neçə Baş planın təqdimatı keçirilib.
Azad olunmuş ərazilərdə bərpa prosesi fonunda 169 yaşayış məntəqəsində 13 mindən çox tikili və
1500 kilometrdən çox avtomobil yolu ilə bağlı inventarizasiya işləri aparılıb. Burada 406 yaşayış
məntəqəsi Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib.
2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təxminən 30 ildən sonra
ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirilib.
Bir sözlə, dağıdılmış ərazilərdə işlərin miqyasını nəzərə alsaq, Azərbaycan dövlətinin
möhtəşəm silsilə işlər apardığını söyləyə bilərik.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


17:16 09.11.2023